27 İyun 2019, Cümə axşamı - 00:18

C.Batton Brawn GP-yə minnətdarlıq edib

C.Batton Brawn GP-yə minnətdarlıq edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:36 - 18 Yanvar, 2010

2009-cu il başa çatıb, Censon Battonun Brawn GP komandası qarşısında öhdəlikləri başa çatıb – bu gün McLaren komandasının mətbuat xidmətinin […]

2009-cu il başa çatıb, Censon Battonun Brawn GP komandası qarşısında öhdəlikləri başa çatıb – bu gün McLaren komandasının mətbuat xidmətinin yaydığı relizdə sürücü komandanın uniformasında əks olunub – Censon həm də Britaniya Kraliçasının mükafatını almasını təsdiq edib. Sonuncu dünya çempionu Britaniya İmperiyasının Ordeninə layiq görülməklə MBE statusu alıb…

Censon Batton: “Mən fəxr edirəm ki, belə bir mükafata layiq görülməklə Mayk Hotorn, Qrəm Hill, Con Sörtiz, ser Ceki Stüart, Ceyms Hant, Naycel Mənsell, Dəymon Hill və Lyuis Həmilton kimi Formula1-in britaniyalı çempionları ilə bir cərgədə duracam, amma Kraliçanın etirafı böyük şərəfdir.

Bu mükafat maraqlı mövsümə yekun vurdu, bu mənim həyatımda ən məhsuldar il oldu. Çünki düz bir il əvvəl biz naməlumluğa doğru addım atmışdıq, amma biz uğura inanırdıq və uğur qazana bildik. Brawn GP-nin bütün əməkdaşları öz töhvələrini verdilər, onların sadiqliyi gərgin əməyi bizi zirvəyə qaldırdı. Bu qələbədə çox insanların vacib rolu var və bu mükafatı alarkən, mən onların hər birinə minnətdarlıq etmək istəyirəm.

2010-cu ildə mən karyeramın yeni səhifəsinə başlayıram və ümid edirəm ki, Britaniyanı çempionatda layiqincə təmsil edəcəm və titulumu qoruya biləcəm…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 303
Teqlər
Paylaş

logo