Campos-un məsələsi bu gün həll oluna bilər

Gözlənildiyinə görə, Campos-un məsələsi bu gün həll oluna bilər – Midland, Spyker və Force İndia komandalarının keçmiş başçısı Kolin Kolles […]

Gözlənildiyinə görə, Campos-un məsələsi bu gün həll oluna bilər – Midland, Spyker və Force İndia komandalarının keçmiş başçısı Kolin Kolles Campos Meta komandasına böhran başçısı təyin olunacaq, məlum olmayan sərmayədar şassi üçün Dallara-ya olan borcu ödəyəcək və komanda Bəheryndə starta çıxa biləcək.

Sərmayədarın kim olması hələlik bəlli deyil, amma şayiələr gəzir ki, US F1 komandasının keçmiş sərmayədarı Çad Harli Campos rəhbərliyində yer alacaq. Sükan arxasına isə Bruno Senna və Xose Mariya Lopes otura biləcəklər, amma hələlik heç bir məlumat rəsmən təsdiq olunmayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*