Campos 14-cü komandanın iştirakına etiraz edir

Yeni BMW Sauber komandasının gələn il dünya çempionatında iştirakı komandaların mövqeyindən asılıdır. Reqlamentə görə çempionatda 13 komanda iştirak edə bilər […]

Yeni BMW Sauber komandasının gələn il dünya çempionatında iştirakı komandaların mövqeyindən asılıdır. Reqlamentə görə çempionatda 13 komanda iştirak edə bilər və bu komandaların hamısı məlumdur və siyahıya 14-cü komandanı əlavə etmək üçün Razılıq Müqaviləsini imzalamış bütün komandaların yekdil razılığı lazımdır. Keçən həftə Williams komandası komandaların sayının artırılmasına etiraz etmişdi, bu gün isə İsveçrənin Blick qəzeti yeni Campos komandasının da bu mövqedə olması barədə yazı dərc edib…

Analitiklərin fikrincə, Williams və Campos bu halda FİA-nın mövqeyini əks etdirirlər, əgər yekdil razılıq olmasa Sauber komandasının iştirakı sual altında olacaq. Vəziyyəti Mario Tayssen şərh edib…

Mario Tayssen: “Biz tezliklə məsələyə aydınlıq gətirmək istəyirik – tərəfdaşlarla, sponsorlarla və sürücülərlə danışıqlar yalnız start düzlüyündə yer təmin olunduqdan sonra mümkündür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*