09 Dekabr 2018, Bazar - 23:27

Rusiya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Rusiya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:46 - 27 Aprel, 2016

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Soçidə də Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az trasın rəsmi saytına istiandən bildirir ki, keçən illə müqayisədə 1-ci döngədə drenaj sistemi yenidən qurulub. İkinci və on üçüncü döngələrdə əlavə TechPro baryerləri və təhlükəsizliklik relsləri quraşdırılıb. İkinci döngənin çıxışından sağ tərəfdə hündürlüyü 25 millimetr olan porebriklər döşənib, ətrafına süni ot örütüyü salınıb.

On altıncı döngənin apeksində olan porebriklərdən sonra əlavə 50 millimetr hündürlüyü, 3 metr uzunluğu və 1 metr eni olan porebriklər döşənib. Bundan başqa on üçüncü döngədə yeni baryer qurulub.

FİA təsdiq edib ki, builki ötmə zonları yenə də əsas düzlüyün sonunda və 10-cu döngə ilə 13-cü döngə arasındakı düzlükdə olacaq. Maşınlar arasındakı intervalın birinci ölçülmə nöqtəsi ilk döngəyə 138 metr qalmış, ikincisi isə onuncu döngəyə 72 metr qalmış yerləşir. Əgər bu nöqtələrdə interval bir saniyədən az olarsa, onda arxadakı sürücü DRS-dən istifadə etmək hüququ qazanacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 324
Teqlər , , ,
Paylaş

logo