16 İyun 2019, Bazar - 11:28

C.Allen 1995-ci ili xatırlayıb…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:52 - 07 İyul, 2009

Britaniyalı ekspert, jurnalist və şərhçi Ceyms Allen bildirib ki, Fernando Alonsonun Ferrari-yə keçməsi barədə növbət şayiələr dalğası ona uzaq 1995-ci […]

Britaniyalı ekspert, jurnalist və şərhçi Ceyms Allen bildirib ki, Fernando Alonsonun Ferrari-yə keçməsi barədə növbət şayiələr dalğası ona uzaq 1995-ci ili xatırladıb…

Ceyms Allen: “Küçədə yaydır, yaman istidir, yarışlar arasında üçhəftəlik fasilədir, Maks Mosli və FOTA isə deyəsən susublar…

Amma boşluğu doldurmaq lazımdır, elə İspaniyanın AS idamn qəzeti bununla məşğul olur, ispanlar əmin edirlər ki, Fernando Alonsonun Ferrari ilə müqaviəsi İtaliya Qran Prisi günlərində elan olunacaq…

Komandanın mətbuat katibi Luka Kolayanin bu şayiələrə necə cavab verməsini hamı bilir, amma mənim yadıma 1995-ci il düşdü. O zaman Mixael Şumaherin Ferrari-yə keçməsi barədə şayiələr az deyildi. Amma iyunun 20-də Skuderiyanın mətbuat xidməti reliz yayaraq bildirdi: “Ferrari növbəti dəfə tam qətiyyətlə bildirir ki, Mixael Şumaherin adı ilə bağlı yayılan xəbərlərin heç biri doğru deyil.”

Bir neçə həftədən sonra isə FİAT konserninin başçısı Canni Anyelli elan etdi ki, Şümaherlə müqavilə bağlanılıb. Və yeni era başlandı…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 226
Teqlər
Paylaş

logo