C.Vavls: Williams-da mən həm təəccüblənirəm, həm də təsirlənirəm

Williams komandasına rəhbərlik edən Mercedes-in keçmiş baş strateqi Ceyms Vavls iyirmi ilini Brəklidə yerləşən komandalarda keçirsə də, Qrouvda gördükləri onu təəccübləndirib.

F-1.az xatırladır ki, britaniyalı mütəxəssisin yeni postda debütü elə də uğurlu alınmayıb – William 3 yarışdan sonra aktivinə cəmi bir xal yaza bilib…

Ceyms Vavls: “Eyni zamanda həm təəccübləndim, həm də təsirləndim. Demək olar ki, on beş ildir ki, digər komandalarda istifadə edilən əsas adlandırdığım bir çox şey, o cümlədən mühasibat uçotu və bütün detallarınızın yerini müəyyənləşdirmək üçün proqram sistemləri, Williams-da sadəcə mövcud deyildi.

Bütün bunlar olmadan, demək olar ki, 15 000 mükəmməl uyğunlaşdırılmış hissədən ibarət bir maşın qura bildikləri məni heyran etdi. Və bu maşın gedir, özü də bəzən olduqca sürətlə.

Bu, inanılmaz nailiyyətdir, lakin bu iş tərzi bizim inkişafa mane olur. Bizə müasir struktur və bütün lazımi sistemlər lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*