C.Rassell: Podium şansımız var

Williams komandasının sürücüsü Corc Rassell bildirib ki, Rusiyadakı düzlük sürətinə görə növbəti dəfə podiuma yüksələ bilər.

F-1.az xatırladır ki, britaniyalı sürücü Rusiyada hamıdan tez quru hava təkərlərinə keçərək, sıralanma turunda üçüncü yeri tutub. Belçikada keçirilməyən yarışda ikinci olaraq podiuma yüksələn Rassell, Soçidə maşınının düzlük sürətindən istifadə edərək, builki ikinci podiumunu qazanmaq istəyir.

Corc Rassell: “Yarışı səbirsizliklə gözləyirəm. Dünən yarış tempimiz yaxşı idi. Düzlük sürətimiz yaxşıdır. Yenidən podiuma yüksələ bilərik. İtiriləcək heç nəyimiz yoxdur.

Son üç Qran Prinin ikisində 3-lüyə daxil olduq. Komanda çox əla işlədi. Pitə gələrək, doğru zamanda doğru təkərləri götürdük. Ancaq trasda sürmək çətin idi. Bir dənə quru trayektoriya var idi və oradan bir santimetr o tərəfə çıxacağınız halda, yaş zonaya düşəcəkdiniz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*