C.Palmer: Peresin şansı yoxdur

Sabiq Formula1 pilotu Colion Palmer düşünür ki, Serxio Peresin titul şansı yoxdur.

F-1.az xatırladır ki, meksikalı sürücü son yarışlarda performansını xeyli artırıb və artıq titul üçün real namizədlərdəndir. O, lider Ferstappendən sadəcə 15 xal geridə qalır.

Colion Palmer: “Düzünü desəm, Peresi çempionluğa favorit görmürəm. Ancaq keçən ilə nisbətən yaxşı performans göstərir. Belə davam etsə, Red Bull ona komanda əmri verə bilməyəcək. Barselonada baş verənləri bilirəm. Ancaq iki sürücünün strategiyası fərqli idi və komanda əmrinin bəhanəsi bu idi.

Normal yarışda Peresə əmr versələr, bu pis olar. Çeko əla işləyir. Keçən həftə sürətli idi. Bu il qələbə qazanması əladır. Çempionat liderindən çox uzaqda deyil”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*