C.Herbert: Həmilton üçün Mercedes daha düzgün yerdir

Sabiq Formula1 sürücüsü Conni Herbert düçünür ki, Həmilton üçün Mercedes Ferrari-dən daha yaxşı seçimdir.

F-1.az xatırladır ki, “gümüşü oxlar” son iki mövsümdə zəif təsir bağışlayırlar və qaradərili sürücü keçən mövsümü qələbəsiz bağlayıb. Buna görə də əksəriyyət düşünür ki, yeddiqat Dünya Çempionu Həmilton komandası Mercedes-in sıralarını tərk edə bilər.

Conni Herbert: “Ferrari-də sürücülər dəyişə bilər? Əgər dəyişiklik olsa, Karlos gedə bilər, çünki Şarl bir neçə ildir stabil çıxış edir.

Bəs Ferrari getmək üçün doğru komandadır? Komandanın həmişə potensialı var, ancaq bu potensial heç vaxt düzgün konseptə dönmür. Keçən ilə çox sürətli başlasalar da, daha sonra zəiflədilər. Belə olan halda Mercedes daha yaxşı seçimdir.

Hər sürücü Ferrari-də yarışmaq istəyər, amma Lyuisin belə istəyinin olduğunu düşünmürəm. O sadəcə sürətli olmaq istəyir və karyerasının ən yaxşı dövründə Mercedes-də hər şeyi qazandı”.

 

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*