18 Dekabr 2018, Çərşənbə axşamı - 15:32

C.Batton: “Ümid edirəm ki, səhv strategiya seçmişdik”

C.Batton: “Ümid edirəm ki, səhv strategiya seçmişdik”

Müəllif: Rauf Hacıyev, redaktor

17:53 - 17 Aprel, 2016

McLaren komandasının sürücüsü Censon Batton ümid edir ki, bugünkü uğursuzluğun səbəbi səhv seçilmiş strategiya olub.

F-1.az xatırladır ki, McLaren sürücüləri yarışa 12-ci və 13-cü yerlərdə başladıqları halda, yarışın əvvəlindəki qarışıqlıqdan istifadə edərək, 3-ü yerə qədər yüksəlsələr də, yarışı elə start aldıqları mövqelərdə – yəni 12-ci və 13-cü yerlərdə başa vurublar.

Censon Batton: “Start yaxşı idi. Neçənci yerdə olduğumu bilmirdim, amma yaxşı start almışdım. Rahatlıqla xal qazana biləcəyimiz yerdə idik və çox həyəcanlı idik.

Təhlükəsizlik avtomobilindən sonra vəziyyətimiz yaxşı idi, amma Medium təkərlərə keçdik. Yenə də yaxşı idik, ancaq Soft təkərlərlə performansımız daha yaxşı idi. Sürətli bolidlərlə mübarizə aparmaq bizə həzz verdi.

Daha sonra 2 pit-stoplu strategiyanı yoxlamaq istədik, amma o da işləmədi. Axırda Soft təkərlərə keçdik, onlar da tez yeyildi.

Ümid edirəm ki, sərt təkərlərə keçməklə səhv etmişik, çünki elə deyilsə, indi bəzi şeylər səhv getməyibsə, deməli biz xal alacaq qədər güclü deyilik. Ona görə də ümid edirəm ki, səhv strategiya seçmişdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 269
Teqlər ,
Paylaş

logo