C.Batton: “Podium üçün mübarizə aparacağamsa, Formula1-də qalaram”

F-1.az xatırladır ki, sonuncu dəfə 2012-ci ildə Braziliya Qran Prisində qalib gələn Censon Batton son iki mövsümdə ən yaxşı halda 6-cı ola bilib.

Censonun müqaviləsi ilin sonunda başa çatır və onun yerinə ən real namizəd Stoffel Vandorndur. Gələn illə bağlı verilən suallara o belə cavab verib: “Gələn il güclü maşın idarə edəcəyəmsə, qala bilərəm. Geridə qoyduğumuz il yarımlıq dövrdə çox əyləndim, lakin hiss edirəm ki, kifayət qədər işləmişəm və müəyyən vaxtdan sonra bu layihəyə öz töhfəmi verə bilməyəcəyəm. Ümid edirəm ki, bu mövsüm daha artığını edib daha yaxşı vəziyyətə gələ bilərik. Sonrasında nələrin olacağını görəcəyik. Bəlkə də, podium və ya qələbəyə imkan verən yeni bir yer taparam…”

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*