C.Batton: “Mənim kimi hərtərəfli sürücü yoxdur”

McLaren Honda komandasının təcrübəli sürücüsü Censon Batton bildirib ki, hazırda Formula1-də onun kimi hərtərəfli sürücü yoxdur. Britaniyalı bildirib ki, həm komanda yoldaşları ilə yaxşı yola gedir, həm də müxbirlərlə və fanları ilə də yaxşı davranır...

F-1.az xatırladır ki, Batton bu il Formula1-də 17-ci mövsümünü keçirdir və 2009-cu ildə Dünya Çempionu titulunu qazanıb. Batton bildirib ki, təkcə trasda uğurlu nəticələr qazanmaq hərtərəfli sürücü olmaq mənasına gəlmir. Hərtərəfli sürücü gərək trasdan kənarda da – reklam çəkilişlərində də, mətbuatla əlaqədə də ən yaxşı olmalıdır.

Censon Batton: “Boliddən çixanda fərqli insan ola bilməsəniz, deməli zəifsiniz.

Siz bolidə mindiyiniz zaman rəqabətcil şəxsiyyətə çevrilirsiniz. Qazanmaq üçün əlinizdən gələni edirsiniz. Məncə, bunu məndən daha yaxşı edən sürücü yoxdur.

Siz boliddən çıxandan sonra isə təmiz başqa adam olmalısınız. Əks halda, sponsorlar və əməkdaşlar sizinlə işləməkdən imtina edərlər. Siz trasda nə qədər güclü olsanız da, karyeranız çox qısa olar.

Siz gərək tam paket olasınız və təkmilləşəsiniz. Yeni sürücülər bunu tez öyrənməlidirlər.

Hazırda Formula1-də debüt edən 17-18 yaşlı uşaqların idmanda 17 il keçirəcəklərinə şübhə edirəm, çünki dünya çox dəyişib.

Komandalara sponsor və əməkdaş tapmaq çox çətindir. Onlar həm trasda sürətli olmalıdırlar, həm də trasdan kənarda insanlarla yaxşı davranmalıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*