15 Oktyabr 2019, Çərşənbə axşamı - 02:59

B.Senna gələn il müqaviləyə ümid edir

B.Senna gələn il müqaviləyə ümid edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:01 - 03 Oktyabr, 2009

Keçən il GP2 seriyasının vitse çempionu olduqdan sonra Bruno Senna Formula1 komandaları ilə müqavilə bağlaya bilmədi, sonra DTM seriyasında iştirakdan […]

Keçən il GP2 seriyasının vitse çempionu olduqdan sonra Bruno Senna Formula1 komandaları ilə müqavilə bağlaya bilmədi, sonra DTM seriyasında iştirakdan imtina etdi və mövsüm Lə Man seriyasında keçirdi. Gələn həftə Ayrton Sennanın bacısı oğlu Xeres testlərində GP2 maşınının sükanı arxasına qayıdacaq və iSport komandasına sürücü seçimində kömək edəcək, gələn il braziliyalı sürücü Formula1-də debütə ümid edir…

Bruno Senna: “iSport gələn mövsüm üçün sürücülərlə müqavilə bağlamağa hazırlaşır və testlərdə mən sazlanmalarla və namizədlərin qiymətləndirilməsi ilə kömək edəcəm. Mən komandanın sahibi Pol Cəksondan dəvət almışam və ona imtina edə bilmədim, həm də bu sükan arxasına qayıtmaq üçün əla imkandır. İnanmıram ki, əvvəlki formama qayıtmaq üçün çox dövrə lazım gəlsin.

Formula1 komandaları ilə danışıqlar hələ də davame dir, son həftələrdə maraqlı variantlar peyda olub. Ümid edirəm ki, bu yaxınlarda yaxşı xəbərlər olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 262
Teqlər
Paylaş

logo