19 İyun 2019, Çərşənbə - 11:36

B.Senna Force İndia ilə danışıqlar aparır

B.Senna Force İndia ilə danışıqlar aparır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:09 - 27 Avqust, 2009

Ayrton Sennanın bacısı oğulu, GP2-də keçənilki vitse çempion Bruno Senna keçən ilin sonunda Honda-nın testlərində iştirak etmişdi və Ross Braun […]

Ayrton Sennanın bacısı oğulu, GP2-də keçənilki vitse çempion Bruno Senna keçən ilin sonunda Honda-nın testlərində iştirak etmişdi və Ross Braun müqavilə bağlamağa nikbinliklə hazırlaşırdı, amma yapon şirkətin çempionatdan getməsindən sonra komanda daha təcrübəli Rubens Barrikelloya üstünlük vermişdi. Bruno isə GP2-yə qayıtmadı, Mercedes şirkətinin DTM seriyasına dəvətini rədd etdi və bu il yalnız müxtəlif yarışların startına çıxmaqla Formula1 komandaları ilə danışıqlar apardı…

Avropa Qran Prisi ərəfəsində Senna Force İndia komandasının Silverstoundakı bazasına baş çəkib və bu səfər yeni şayiələr dalğasına səbəb olub – Hindistan komandasının hələlik gələn il üçün heç bir müqaviləsi yoxdur, Adrian Sutil daha rəqabətədavamlı maşının sükanı arxasına oturmaqla irəliləmək istəyir, Cankarlo Fizikella isə bu il karyerasını başa vura bilər.

Brunonun gələn il çempionatda debüt etməsi şansı kimi bəzi mütəxəssislər Campos Meta komandasının adını çəkirlər, amma bu zaman sürücünün şəxsi sponsoru olan Santander bankı və komandanın əsas sponsoru İspaniyanın Banco Bilbao Vizcaya Argentaria bankı arasında sponsor maraqlarının konflikti baş verə bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 260
Teqlər
Paylaş

logo