24 May 2019, Cümə - 03:30

Bridgestone-un yumşaq təkərlərinin yeni işarələnməsi

Bridgestone-un yumşaq təkərlərinin yeni işarələnməsi

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:30 - 12 Fevral, 2009

Bugünkü Xeres testlərində Bridgestone-un yumşaq təkərlərində mühəndislərin təklif etdiyi yeni işarələnmə növü sınaqdan keçirlib. Keçən illərdə daha yumşaq tərkibli təkərlər […]

Bugünkü Xeres testlərində Bridgestone-un yumşaq təkərlərində mühəndislərin təklif etdiyi yeni işarələnmə növü sınaqdan keçirlib. Keçən illərdə daha yumşaq tərkibli təkərlər novçalardan birinin ağ rəngdə zolaqlanması ilə işarə olunurdular, amma Formula1-də artıq novçalar yoxdur, ona görə də bu dəfə yaşıl zolaq təkərin yan hissəsinə vurulub.

Təkər şirkəti belə işarələnmənin trasda görünməsini yoxlayacaq, vizual izlənmədən əlavə video və foto çəkilişlərdən də istifadə olunacaq – zolaq hamıya yadın görünməlidir. Əgər Bridgestone-un bu təklifi özünü doğrultsa, yaxın günlərdə bu barədə rəsmən elan olunacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 179
Teqlər
Paylaş

logo