18 Oktyabr 2019, Cümə - 22:42

Bridgestone Almaniyada: Medium və SuperSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:22 - 09 İyul, 2009

Almaniya Qran Prisi üçün Bridgestone mütəxəssisləri Medium və SuperSoft tərkiblərini hazırlayıblar: bundan əvvəl bu təkər cütlüyü Avstraliyada, Çində və Bəhreyndə […]

Almaniya Qran Prisi üçün Bridgestone mütəxəssisləri Medium və SuperSoft tərkiblərini hazırlayıblar: bundan əvvəl bu təkər cütlüyü Avstraliyada, Çində və Bəhreyndə istifadə olunmuşdu…

Hirohide Hamaşima: “Nürburqrinqdə bizi sürətli, ortasürətli və yavaş döngələrin maraqlı uzlaşması gözləyir, ona görə də komandalar düzgün kompromisli sazlanmalar tapmalıdırlar. Biz Almaniyaya Medium və SuperSoft tərkiblərini gətirmişik, bu seçim bizə yarışın maraqlı olmasını vəd edir. Hər şeydən əvvəl təkərlər düngələrdə, sürətlənmədə və 1-ci, 3-cü sektorlarda əylənmədə trasla yüksək ilişməni təmin etməlidirlər.

Ötmək üçün rela yer birinci döngə və şikanadır. Əyləclərin optimal balansı vacibdir. İki il əvvəl yarışın əvvəli və sonu yağışlı alınmışdı, tras dağlarda yerləşdiyi üçün hava çox gözlənilməzdir. Hətta bir dəfə aprel ayında DTM seriyasının yarışında Nürburqrinqdə qar da yağmışdı!»


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 301
Teqlər
Paylaş

logo