Brəbhəmin ailəsi soyadın istifadəsinin əleyhinədir

Üçqat dünya çempionu ser Cek Brəbhəmin ailəsi Formula1-ə Brabham adlı komandanın qayıtmasının əleyhinədir – bu ad altında çempionatda Formtech şirkəti […]

Üçqat dünya çempionu ser Cek Brəbhəmin ailəsi Formula1-ə Brabham adlı komandanın qayıtmasının əleyhinədir – bu ad altında çempionatda Formtech şirkəti çıxış etməyi planlaşdırırdı. FİA prezidenti Maks Mosli gələn il çempionatda iştirak etmə üçün ərizə verən yeni komandalar arasında məşhur adlar görmək istəyir, amma Brabham Enterprises Limited-in nümayəndələri bu gün mətbuat relizi yayıblar və məhkəməyə müraciət edəcəklərini bildiriblər…

Rəsmi bəyanatda deyilir: “Ser Cek Brəbhəm və Brəbhəmlər ailəsi son xəbərlərdən çox təəccübləniblər, söhbət Formtech şirkətinin gələn ildən Formula1-ə Brabham Grand Prix Limited adı altında qayıtması niyyətindən gedir.

Ailə bir daha məsələyə aydınlıq gətirir ki, Brabham Grand Prix Limited komandası ilə heç bir əlaqəsi yoxdur və ailəyə heç kim tarixi adın çempionata qaytarılması üçün müraciət etməyib. Ailə hüquqşünaslara müraciət edib və ad və şərəfinin qorunması üçün zəruri tədbirləri görəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*