Brawn GP: Bu gün heç də hər şey alınmayıb

Cümə günü sürücülərin göstəricilərini qiymətləndirmək çətindir – komandalar müxtəlif proqramlar üzrə işləyirlər, kimsə yarışa hazırlaşır, kimsə sıralanma turunda fərqləmək üçün […]

Cümə günü sürücülərin göstəricilərini qiymətləndirmək çətindir – komandalar müxtəlif proqramlar üzrə işləyirlər, kimsə yarışa hazırlaşır, kimsə sıralanma turunda fərqləmək üçün çalışır, Barselonada isə sıralanma turu olduqca vacibdir. Brawn GP sürücüləri bu gün dğrdüncü və altıncı nəticələri göstəriblər, mövsümün əvvəlindən adət etdiyimiz nəticələrdir, amma maşının potensialı həmişəki kimi sıralanma turunda açılacaq…

Ross Braun: “Mövsümün hay-küylü başlanğıcından və ilk yarışlardakı qələbələrdən sonra Avropaya qayıtmaq xoşdur. Bu müddət ərzində biz maşına yeni elementlər hazırlamışıq və bu gün onların işini yoxladıq. Rubens üçün gün əla keçdi, amam Censonun maşınında müəyyən problemlərlə üzləşdik və indi toplanmış məlumatı təhlil edərək səbəbini tapmaq istəyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*