BMW Sauber çempionatda iştirak üçün ərizə verib

BMW Sauber komandası gələn ilin dünya çempionatında iştirak etmək üçün ərizə verib. Komandanın yeni sahibi hələ müəyyən edilməyib, amma komanda […]

BMW Sauber komandası gələn ilin dünya çempionatında iştirak etmək üçün ərizə verib. Komandanın yeni sahibi hələ müəyyən edilməyib, amma komanda FİA-nın təyin etdiyi son tarixə qədər özünə şans qazanıb. BMW şirkətinin çempionatdan getməsini elan etdikdən və yeni Razılıq Müqaviləsini imzalamaqdan imtina etməsindən sonra FİA çempionatda 13-cü yeri vakant elan edib, amma son anda komanda ərizə verib, çünki yeni sərmayədarların tapıldığı halda çempionatda iştirakdan mərhum olmaq istəmir.

Vakansiya azad elan olunduğu üçün adətən hazırkı komandaların qazandığı üstünlük BMW Sauber-də olmayacaq və digər ərizələrlə bir səviyyədə nəzərdən keçiriləcək. Alman ekspertlər hesab edirlər ki, ərizənin verilməsi komandanın artıq satılması demək deyil. Potensial sərmayədarlar siyahısında Peter Zauberin və İsveçrənin Reihe Schweizer İnvestoren fondunun Petronas neft şirkəti ilə birlikdə adları çəkilir. Məsələ bundadır ki, təklif olunan məbləğ BMW-ni qane edəcəkmi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*