23 Avqust 2019, Cümə - 13:10

S.Sirotkinin Renault-dakı rolu dəyişməyəcək

S.Sirotkinin Renault-dakı rolu dəyişməyəcək

Müəllif: Rauf Hacıyev, redaktor

11:13 - 02 Fevral, 2017

SMP Racing komandasının rəhbəri Boris Rotenberq Renault komandasının keçmiş başçısı Frederik Vassyörün komandadan ayrılmasına baxmayaraq, Sergey Sirotkinin qalacağını deyib.

F-1.az xatırladır ki, Sergey Sirotkin 2016-cı ilin əvvəlində Renault-nun proqramına qoşulmuşdu. Renault-nun sabiq rəhbəri Frederik Vassyör bildirmişdi ki, Sirotkinə daha çox test şansı verəcəklər. Amma Vassyör yanvarda komandadan ayrıldıqdan sonra rusiyalı sürücünün vəziyyəti qeyri-müəyyən olaraq qalmışdı.

Boris Rotenberq: “Proqram dəyişməyəcək. Sadəcə Renault-da dəyişiklik oldu. Sergey üçün isə heç nə dəyişməyəcək. Eyni yolu izləyəcək. Formula1-dəki gələcək planlarını tezliklə açıqlayacağıq. Vassyörlə də görüşüb danışmışıq. İndi yeni Renault rəhbəri ilə görüşməliyik. Vassyör bizə dedi ki, Renault ilə münasibətdə heç nə dəyişməyəcək. Yeni rəhbərlə də görüşüb, şərtləri qəbul edəcəyinə əmin olmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 774
Teqlər , , ,
Paylaş

logo