10 Dekabr 2018, Bazar ertəsi - 23:47

S.Abitebul: “Sponsorlara görə inkişaf etməliyik”

S.Abitebul: “Sponsorlara görə inkişaf etməliyik”

Müəllif: Rauf Hacıyev, redaktor

21:57 - 27 Aprel, 2016

Renault komandası mövsümə çox pis başalyıb və buna görə də fransızlar gərgin iş rejiminə keçiblər.

F-1.az xatırladır ki, Renault dekabr ayında Lotus komandasını satın alaraq, 5 ildən sonra Formula1-ə qayıtdı. Amma fransızlar ilk 3 yarışda həm sürət, həm də etibarlılıq problemləri yaşadılar.

Renault Formula1 komandasının rəhbəri Siril Abitebul bildirmişdi ki, komanda əsasən 2017-ci ilə fokuslanacaq: “Biz bu barədə komanda ilə danışdıq və 2016-cı il mövsümü üçün hədəflərimiz yoxdur.

Biz bütün gücümüzü 2017-ci ilə saxlamışıq, çünki bizim büdcəmiz hər iki mövsümə birdən hazırlaşmağa bəs eləmir. Buna görə də realist olmalıyıq.

Ancaq motivasiya, hazırkı sponsorlar və həm də inkişaf etmək və istedadımızı sınamaq üçün 2016-cı il bolidinin üzərində gərgin iş rejiminə başlayırıq”.

Qeyd edək ki, Lotus komandası maliyyə problemləri yaşayırdı və buna görə də keçən mövsüm inkişaf edə bilmədilər. Renault Lotus komandasını alıb Formula1-ə qayıdanda çətinliklərlə üzləşdi. Abitebul bildirib ki, onlar buna görə çətinlik çəkiblər: “Bu hamı üçün ağır dövr oldu.

Biz layiq olduğumuz yeri tutmaq istəyirik, amma hazırda nə vəziyyətdə olduğumuzu bilmirik. Həm Palmer, həm də Maqnussen normal yarış keçirə bilmədilər və bu heç də yaxşı deyil.

Bəlkə də, Lotus-u gec aldıq və inkişaf etmək üçün vaxtımız az idi. Amma bunlar bəhanə deyil. Xüsusən də etibarlılıq mözusunda bu bəhanə ola bilməz.

Mövsüm ərzində inkişaf edə billərik və buna mane olacaq hər hansı bir problem yoxdur. Çünki bu il keçənilki kimi maliyyə böhranı yaşamırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 428
Teqlər , ,
Paylaş

logo