C.Palmer 14-cü yerdən razı qalıb

Renault komandasının sürücüsü Colion Palmer yarışı 14-cü yerdə bitirməyin onlar üçün uğur olduğunu bildirib...

F-1.az xatırladır ki, Palmer bolidin şassisində çat olduğu üçün sıralanma turunda iştirak edə bilməmişdi və yarışa 21-ci yerdən başlamalı olmuşdu.

İlk dövrədə təhlükəsizlik maşınının trasa çıxmasından istifadə edən britaniyalı sürücü pitə girərək, SuperSoft təkərləri Medium təkərlərə dəyişdirmiş və bu təkərlərlə 69 dövrə vurmuşdu.

Palmer yarışda bir neçə ötmə etdiyi üçün sevincli olduğunu deyib: “Məncə, 14-cü yer bizim üçün yaxşı nəticə idi. Özü də biz yarışa ən sonuncu yerdən başlamışdıq. McLaren komandasının sürücüləri ilə mübarizə apardım və bu, mənə həzz verdi. Bundan başqa bir təkər dəsti ilə 70 dövrə getmək, məncə, rekorddur.

Yarışın sonunda bolidi idarə etmək çətin olsa da, hər şeyi nəzarətdə saxlaya bildim. Ümumilikdə isə, nəticədən razıyam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*