B.Ekklstoun: “McLaren həqiqi sürətini gizlədir”

Formula1-in kommersiya başçısı Berni Ekklstounun fikrincə, McLaren çox güman ki, həqiqi sürətini gizlədir və maşının qabiliyyətini tam açmır, bununla da […]

Formula1-in kommersiya başçısı Berni Ekklstounun fikrincə, McLaren çox güman ki, həqiqi sürətini gizlədir və maşının qabiliyyətini tam açmır, bununla da mövsümün startında rəqiblərini çaşdırır. Hələ iki həftə əvvəl McLaren-in başçısı Martin Uitmarş etiraf etmişdi ki, yeni МР4-24 kifayət qədər sürətli deyil, amma keçən cümə bildirib ki, hər şey qaydasındadır…

Martin Uitmarş: “Biz özümüzə tam hesabat verərək mövsümə başlayırıq, bilirik ki, maşın hələlik bizim sürücülərə liderlərlə mübarizə aparmağa imkan vermir. Amma Melburnda biz qələbə qazanmağa ümid edirik.”

Lakin berni Ekklstoun inanmır ki, McLaren həqiqətən ciddi problemlərlə üzləşib – bu barədə o Londonda dərc olunan The Sunday Telegraph qəzetinə müsahibəsində bildirib…

Berni Ekklstoun: “Onların heç bir problemi yoxdur. Məncə, Melburnda məlum olacaq ki, onlar rəqabətədavamlıdırlar. Amma hələlik onlar sürətlərini nümayiş etdirmirlər.

Amma Brawn GP öz sürətini gislətmir və zarafat da etmir. Censon sürətli olmasını göstərdi və mən buna şübhə də etmirəm. Sadəcə olaraq onun əvvəllər bəxti gətirmirdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*