25 Avqust 2019, Bazar - 07:25

Hunqarorinq trası yenidən qurulacaq

Hunqarorinq trası yenidən qurulacaq

Müəllif: Rauf Hacıyev, redaktor

12:16 - 11 Yanvar, 2017

Hunqarorinq trasının məsulları bildiriblər ki, trası bir neçə il ərzində tamamilə yeniləyəcəklər.

F-1.az xatırladır ki, Hunqarorinq 1986-cı ildən etibarən Formula1 təqviminə daxil olub və 2021-ci ilə qədər müqavilə imzalanıb. Son danışıqlardan sonra isə müqavilə 2026-cı ilə qədər uzadılıb.

Keçən il yarışdan əvvəl asfalt qatı yenilənmiş və sürücülər yeni asfaltda yarışmağın yaxşı olduğunu demişdilər.

Məsullar bildiriblər ki, əllərində olan resursları trasdakı bazanı yeniləmək üçün ayıracaqlar. İlk mərhələdə azarkeş sahələri və televiziya şərhçilərinin kabinələri təmir ediləcək. 2018-ci ildə isə pit yolu və qarajlar təmir ediləcək. Daha sonra isə ziyarətçi mərkəzi və muzey tikiləcək. Bu işlər yarışlara təsir etməyəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 252
Teqlər ,
Paylaş

logo