B.Ekklstoun Malayziya Qran Prisinin startını bir saat əvvələ çəki

Formula1-in kommersiya başçısı Berni Ekklstoun Malayziya Qran Prisinin startını bir saat əvvələ çəkməyə razı olub, ona görə də gəlin ilin […]

Formula1-in kommersiya başçısı Berni Ekklstoun Malayziya Qran Prisinin startını bir saat əvvələ çəkməyə razı olub, ona görə də gəlin ilin yarışı yerli vaxtla saat 16:00-da başlayacaq. Xatırladaq ki, builki yarış trasda qaranlıq çökdüyü üçün vaxtından əvvəl yarımçıq dayandırılmışdı. Bundan sonra Malayziya mərhələsinin təşkilatçıları start vaxtının dəyişdirilməsini xahiş etmişdilər, əvvəlcə Berni buna razı olmamışdı, amma son nəticədə startı bir saat əvvələ çəkməyə razı olub…

Berni Ekklstoun: “Biz yarışın startını bir saat əvvələ çəkmişik. Əminəm ki, planetin bu hissəsində keçən yarışların axşama yaxın start alması Avropa teleauditoriyası üçün sərfəlidir.

Biz bu sahədə işlərimizi davam etdiririk, xüsusilə Sinqapuru qeyd etməliyəm, axı əvvəllər avropalılar belə yarışlara baxa bilmirdilər. Baxaq görək sonra necə olacaq. Avstraliya yarışı da axşama yaxın start alır, Malaysiya yarışı da, amma deyəsən orda yarış çox gec start almışdı, həm də yağış başlamışdı.

Lakin düşünürəm ki, ümumilikdə biz bu işi davam etdirməliyik: yarışlar axşama yaxın start alanda həm təşkilatçılara yaxşı olur, həm də promouterlərə.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*