B.Ekklstoun: “Komandalar bircə şey istəyirlər: pul xərcləmək”

Dünən Formula1 komandaları assosiasiyasının (FOTA) yaydığı bəyanatda “FİA-nın büdcənin məhdudlaşdırılması planlarının tətbiqindən narahatlıq” bildiirlirdi, belə bir məhdudiyyət Formula1-i gələn ildən […]

Dünən Formula1 komandaları assosiasiyasının (FOTA) yaydığı bəyanatda “FİA-nın büdcənin məhdudlaşdırılması planlarının tətbiqindən narahatlıq” bildiirlirdi, belə bir məhdudiyyət Formula1-i gələn ildən iki hissəyə bölə bilər. Amma Formula1-in kommersiya başçısı Berni Ekklstoun Londonun Daily Express qəzetinə müsahibəsində bildirib ki, komandalar əbəs yerə belə islahatlara müqavimət göstərirlər…

Berni Ekklstoun: “Böyük komandalar bunu başa düşməyəcəklər, onlar üçün Formula1-də qazanmağın mümkün olması fikri yaddır. Onların istədiyi bircə şey var – pul xərcləmək, xərcləmək, xərcləmək…

Maraqlıdır, elə deyilmi? Hazırda biznes dünyasında hamı qənaət etməyə çalışır, biz məsrəflərin azaldıması üçün öz planlarımızı təklif edirik, amma bu kiminsə xoşuna gəlmir. Yəni hazırda zərərlə işləyən avtokonsernlər böyük məbləğlər qənaət etməkdən çəkinəcək?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*