B.Ekklstoun İstanbul Parkın müqavilə dəyərini qaldırıb

Formula1-in kommersiya başçısı Berni Ekklstoun İstanbul uik-endinin gedişində cari müqavilənin uzadılması şrətləri barədə danışıqlar aparıb – hazırkı müqavilənin müddəti gələn […]

Formula1-in kommersiya başçısı Berni Ekklstoun İstanbul uik-endinin gedişində cari müqavilənin uzadılması şrətləri barədə danışıqlar aparıb – hazırkı müqavilənin müddəti gələn il başa çatır. Təşkilatçılar ilk müqaviləyə əsasən hər il yarışın keçirilməsi üçün 13.5 milyon dollar təzminat ödəyirlər, amma Berni yeni müqavilədə bu məbləği 26 milyona qaldırmaq fikrindədir, əks halda Türkiyə milli Qran Prini itirə bilər.

Keçən həftə Berni idman və maliyyə nazirləri ilə danışıqlar aparıb və sonra bildirib ki, əgər Türkiyə yeni maliyyə şərtləri ilə razılaşmasa, Hindistan və ərəb ölkələri təqvimdə onun yerini almağa hazırdırlar.

Danışıqlar hələ davam edir, son qərar yaxın iki ay ərzində qəbul olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*