B.Ekklstoun Honda Racing-i dəstəkləməyə hazırdır

Honda Racing komandasının başçıları Ross Braun və Nik Fray komandanın potensial gələcək sahibinin axtarışını davam etdirirlər, amma belə getsə, deyəsən, […]

Honda Racing komandasının başçıları Ross Braun və Nik Fray komandanın potensial gələcək sahibinin axtarışını davam etdirirlər, amma belə getsə, deyəsən, komanda hazırkı başçıların əlinə keçəcək. Formula1-in kommersiya başçısı Berni Ekklstoun dünən jurnalistlərlə görüşündə əminliklə bildirib ki, Brəklidən olan komanda Avstraliya yarışının startına çıxacaq – amma yeni adla…

Berni Ekklstoun: “Biz Honda Racing-in rəhbərliyi ilə danışıqlar aparmışıq və istənilən halda komandanın çempionatda qalmasını istəyirik.

Şəxsən mənim bu komandaya maliyyə dəstəyimə gəlincə, mən bu mövzunu şərh etmək istəmirəm, amma biz əlimizdən gələn hər bir şeyi edəcəyik. Mən hətta bilmirəm ki, Avropa qanunvericiliyə görə biz birbaşa bu işdə iştirak edə bilərikmi? Mən hələ bunu dəqiq bilmirəm, amma ehtimal var ki, biz ssuda verə bilərik və ya başqa tədbirlərə əl atarıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*