B.Ekklstoun Formula1-i yenidən alacaq?

Britaniya mətbuatı Formula1-in səhmdarları arasında yeni dəyişikliklər barədə növbəti şayiələrdən yazıb. Qeyri-rəsmi məlumatlara görə, hazırda CVC fonduna məxsus olan səhmlər […]

Britaniya mətbuatı Formula1-in səhmdarları arasında yeni dəyişikliklər barədə növbəti şayiələrdən yazıb. Qeyri-rəsmi məlumatlara görə, hazırda CVC fonduna məxsus olan səhmlər almaq üçün Berni Ekklstoun yeni sərmayədarlar qrupuna başçılıq edə bilər.

Potensial sərmayədarlar siyahısında Pəddi Maknellinin adı çəkilir – Maknelli dünya çempionatının traslarında reklam yerləşdirmək hüququnun sahibi Allsport şirkətini bu yaxınlarda tərk edib. Daha bir namizəd isə Abu Dabi hakimiyyətinə məxsus Aabar sərmayə fondudur. Hadisələr bu yolla cərəyan edərsə, onda FİA və komandalarla danışıqlar zamanı Berninin mövqeyi kəskin dərəcədə güclənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*