B.Ekklstoun 18 yarışlıq təqvim təklif edib

Keçən bazar Valensiyada Berni Ekklstoun komandaların rəhbərləri ilə görüşüb və gələn ilin təqviminin ilkin variantını müzakirə edib. Şayiələrin əksinə olaraq, […]

Keçən bazar Valensiyada Berni Ekklstoun komandaların rəhbərləri ilə görüşüb və gələn ilin təqviminin ilkin variantını müzakirə edib. Şayiələrin əksinə olaraq, Avropa Qran Prisi Silverstounda deyil, Valensiyada keçiriləcək, təqvimə Almaniya Qran Prisi (Hokkenhaym), Kanada Qran Prisi (Monreal) və Yaponiya Qran Prisi (Suzuka) əlavə olunub.

Avropa Qran Prisi traixini dəyişə bilər, çünki məzuniyyətlər mövsümü üzündən biletlərin satışı azalır, Valensiya avtodromunun sahibləri belə təkid edirlər. Böyük Britaniya Qran Prisinin keçirilmə yeri isə hələlik göstərilməyib, Silverstoun və Doninqton arasında seçim sonra ediləcək.

FİA təqvimin ilkin versiyasını oktyabrda dərc etməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*