21 Sentyabr 2019, Şənbə - 17:20

Bəhreyndə iğtişaşlar davam edir

Bəhreyndə iğtişaşlar davam edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:09 - 18 Fevral, 2012

Keçən il Bəhreyn Qran Prisi ölkədəki siyasi böhran üzündən təxirə salınmışdı. O zaman yarışın təşkilatçıları Ekklstouna yarış haqqını ödəmişdilər və […]

Keçən il Bəhreyn Qran Prisi ölkədəki siyasi böhran üzündən təxirə salınmışdı. O zaman yarışın təşkilatçıları Ekklstouna yarış haqqını ödəmişdilər və bildirmişdilər ki, 2012-ci ildə yarışın keçirilməsi üçün əllərindən gələni edəcəklər, amma son günlərdə ölkədə vəziyyət yenidən kəskinləşib.

Bir neçə gün əvvəl Britaniyanın Lordlar Palatasının üzvləri Times-da açıq məktub dərc edərək FİA-nı yarışı təxirə salmağa çağırıblar, bu həftə Bəhreyndə yenidən küçə iğtişaşları baş qaldırıb, beynəlxalq Amnesty International təşkilatı isə bildirib ki, krallıqda insanlara cismanı cəzalar davam edir. Bəzi jurnalistlər ölkəyə viza ala bilməyiblər, bəzi azarkeşlər baş verənlərdən qorxduqları üçün əvvəlcədən aldıqları biletlərini qaytarıblar – yarışın bir daha təxirə salınması ehtimalı çox yüksəlib.

FİA və Berni Ekklstoun bəyanat verməyə tələsmirlər, yarışı təqvimdə saxlamağa çalışırlar – Yaxın Şərqdən olan sərmayədarların federasiyada güclü lobbisi var, amma məsələ idman çərçivəsindən kənara çıxıb, komandalar və sponsorlar isə siyasi oyunda iştirak etmək istəmirlər. Bir çoxları hesab edirlər ki, yarışın taleyi martdan tez həll olunmaycaq – tərəflər böhranın tənzimlənməsinə ümid edirlər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 386
Teqlər
Paylaş

logo