20 Avqust 2019, Çərşənbə axşamı - 22:25

Barselona testləri (8-12 mart)

Barselona testləri (8-12 mart)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:59 - 09 Mart, 2011

12 mart Güclü yağış. Havanın temperaturu +10°-12° C, trasın temperaturu +11°-13° C Mövsümöncəsi testlərin son günü güclü yağış altında keçib. […]

12 mart

Güclü yağış. Havanın temperaturu +10°-12° C, trasın temperaturu +11°-13° C

Mövsümöncəsi testlərin son günü güclü yağış altında keçib. Dünən gecədən başlayan yağış bütün günü davam edib, hərdən zəifləyib, hərdən güclənib. çempionatın yeddi komandası testləri dünən başa vurub, ancaq dörd komanda (Ferrari, McLaren, Mercedes GP və Williams) testləri bu gün başa vurub.

Nahara qədər ancaq Lyuis Həmilton trasda bir neçə dövrə vurub, digər sürücülər isə ancaq boksdan çıxıb bıksa girməklə məşğul olublar. Nahardan sonra vəziyyət bir qədər yaxşılaşıb, amma bir saatdan sonra yağış yenə də güclənib.

Pirelli təkərlərinə gəlincə, bu həftə komandalar həm isti havada, həm də güclü yağışda işləmək şansı əldə ediblər – iki gün əvvəl asfalt +30 dərəcəyədək qızmışdı, bu gün isə maşınlar trasda az qala üzürdülər.

bar-12.03-mal2
Buna baxmayaraq testlərin son günü komandalar məhsuldar işləyə bilməyiblər. McLaren komandası yenə də yarışı imitasiya edə bilməyib, Ferrari bir neçə dövrədən sonra avadanlıqları yığışdırmağa başlayıb.

Nəticədə üç sürücü bir neçə dövrəlik seriyalar edib və protokollara düşüb. Birinci sətri isə Niko Rosberq tutub.

bar-12.03-ham3
Beləliklə, mövsümöncəsi testlər başa çatıb. Gələn həftə maşınlar Melburna göndəriləcək, iki həftədən sonra isə biz qüvvələr nisbətini biləcəyik. Az qalıb…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01N.RosberqMercedes GPMercedes1:43.81435
02P.MaldonadoWilliamsCosworth1:44.333+ 0:00.51923
03L.HəmiltonMcLarenMercedes1:44.560+ 0:00.74633
04M.ŞumaherMercedes GPMercedes5
05F.AlonsoFerrariFerrari5
11 mart

bar-11.03-shum1

Quru. Buludlu. Havanın temperaturu +10°-16° C, trasın temperaturu +11°-26° C

Bu gün çempionatın yeddi komandası mövsümöncəsi testləri başa vurublar. Bazada gərgin əmək, testlərdə gərgin iş arxada qalıb – testlər heç də ideal alınmayıb, bəzi komandalar problemlərlə üzləşiblər, amma mövsümün ilk yarışına hamı ən yaxşı formada olmağa çalışacaq.

Yerdə qalan beş komanda isə – Williams, McLaren, Mercedes GP, Ferrari və bu gün yeni maşınını təqdim etmiş Hispania komandaları testləri sabah başa vuracaqlar, düzdür, Hispania bu gün nahardan sonra trasa çıxmalı idi, amma yeni maşının Amrikadan göndərilən amartizatorları gömrükdə ilişib qaldığı üçün maşının debütü sabaha keçirilib. Komanda bu gün yalnız təqdimat və fotosessiya ilə kifayətlənməli olub.

bar-11.03-alo2
Bu gün Mercedes GP komandası yeni aerodinamik paketi maşına quraşdırıb – nahardan əvvəl trasda Mixael Şumaher işləyib, almaniyalı sürücü sıralanma turu və yarışı imitasiya edib. Yeddiqat dünya çempionunun sıralanma turu rejimində göstərdiyi nəticə Barselona testlərinin rekordu olub. Axşama yaxın Mixaeli sükan araxsında Niko Rosberq əvəz edib – gənc sürücü də sürətli olaraq protokollarda üçüncü yeri tutub.

Tribunlara toplaşmış azarkeşlərin sevimlisi Fernando Alonso bu gün ikinci olub – Ferrari komandası da yeni 150° İtalia-ya bütün yenilikləri quraşdırıb, amma ispaniyalı sürücü yarış uik-endinin gedişini imitasiya etməklə yanaşı müxtəlif sazlanmaları da yoxlayıb.

bar-11.03-ros3
Digər komandalar da mövsümün ilk yarışına hazırladıqları yenilikləri yoxlayıblar, Williams komandası isə trasa KERS-siz çıxmalı olub və mövsümün ilk yarışlarında sistemin maşına quraşdırılması sual altındadır…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01M.ŞumaherMercedes GPMercedes1:21.24967
02F.AlonsoFerrariFerrari1:21.614+ 0:00.365141
03N.RosberqMercedes GPMercedes1:21.788+ 0:00.53922
04N.HaydfeldLotus Renault GPRenault1:22.073+ 0:00.82467
05R.BarrikelloWilliamsCosworth1:22.233+ 0:00.98489
06K.KobayaşiSauberFerrari1:22.315+ 0:01.06698
07X.AlgersuariToro RossoFerrari1:22.675+ 0:01.42672
08S.FettelRed BullRenault1:22.933+ 0:01.68464
09H.KovalaynenTeam LotusRenault1:23.437+ 0:02.188138
10P.di RestaForce İndiaMercedes1:23.653+ 0:02.40442
11A.SutilForce İndiaMercedes1:23.921+ 0:02.67226
12P.MaldonadoWilliamsCosworth1:24.108+ 0:02.85911
13C.BattonMcLarenMercedes1:25.837+ 0:04.58857
14J.D’AmbrozioMarussia VirginCosworth1:27.375+ 0:06.12646
10 mart

bar-10.03-per1

Quru. Günəşli. Havanın temperaturu +11°-19° C, trasın temperaturu +12°-30° C

Mövsümöncəsi testlərin sonuncu seriyasının Barselonada üçüncü günü əla havada keçib. Pirelli isti havada işləməyin vacib olmasını çoxdan söyləyirdi və bu gün hava +30 dərəcəyə qədər qızıb.

Bu gün trasa on komanda çıxıb – McLaren birgünlük fasilə götürüb, Hispania isə sabah debüt etməlidir. Yerdə qalan komandaların çoxu sıralanma turu və yarışın imitasiyası ilə məşğul olublar, ona görə də protokolun yuxarı sətirlərinə sıralanm turu rejimində işləyən sürücülər düşüblər.

bar-10.03-mas2
Sessiya problemsiz ötüşməyib – səhər Jerom D’Ambrozio start düzlüyündə dayanıb, iki dəfə Rubens Barrikello qırmızı bayraqların dalğalanmasına səbəb olub, Yarno Trullinin maşınında ötürmələr qutusunu dəyişmək lazım gəlib, Serxio Peres isə yarışın imitasiyasını KERS problemləri üzündən dayandırıb.

bar-10.03-ueb3
Protokollara isə Serxio Peres başçılıq edib, meksikalı debütant ümumilikdə 2011-c ildə Barselona testlərinin rekorduna imza atıb. Sauber-in sürücüsü günün ən böyük məsafəsini (132 dövrə) qət etmiş Felipe Massanı və Mark Uebberi qabaqlaya bilib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.PeresSauberFerrari1:21.76195
02F.MassaFerrariFerrari1:22.092+ 0:00.331132
03M.UebberRed BullRenault1:22.466+ 0:00.70597
04R.BarrikelloWilliamsCosworth1:22.637+ 0:00.876105
05M.ŞumaherMercedes GPMercedes1:22.892+ 0:01.13189
06N.HaydfeldLotus Renault GPRenault1:23.541+ 0:01.78032
07H.KovalaynenTeam LotusRenault1:23.990+ 0:02.22940
08V.PetrovLotus Renault GPRenault1:24.233+ 0:02.47224
09X.AlgersuariToro RossoFerrari1:24.334+ 0:02.573108
10J.D’AmbrozioMarussia VirginCosworth1:24.779+ 0:03.018107
11Y.TrulliTeam LotusRenault1:27.336+ 0:05.57596
12A.SutilForce İndiaMercedes1:34.485+ 0:12.7246
9 mart

bar-09.03-fet1

Quru. Buludlu. Havanın temperaturu +11°-18° C, trasın temperaturu +12°-26° C

Mövsümöncəsi testlərin sonuncu seriyasının Barselonada ikinci günü trasa 11 komanda çıxıb, Hispania komandasl isə yeni maşını ilə iki gündən sonra debüt etməlidir. Bu gün komandaların çoxu yarışı simulyasiya ediblər, ona görə sürücülər 100 dövrədən çox məsafə qət ediblər, amma sessiya bir neçə dəfə qırmızı bayraqlarla dayandırılıb.

bar-09.03-bue2
RB7-nin sükanı arxasında Mark Uebberi əvəz etmiş Sebastyan Fettel builki maşınlar üçün trasın yeni rekorduna imza atıb. Komanda Qran Prini simulyasiya edib və almaniyalı sürücü ən yaxşı nəticəsini nahara qədər sıralanma turu rejimində beşdövrəlik seriyada göstərib. Diter Mateşiçin yarış korporasiyasının uğurunu Toro Rosso-nun sürücüsü Sebastyen Buemi də davam etdirib – isveçrəli sürücü günün ən böyük məsafəsini qət edib (120 dövrə).

bar-09.03-pet3
Lotus Renault GP-nin rusiyalı sürücüsü Vitaliy Petrov günü üçüncü yerdə baaş vursa da, sessiyanın sonuna bir neçə dəqiqə qalmış trasda dayanaraq qırmızı bayraqları dalğalandırıb, çox güman ki, komanda yanacağın hansı məsafəyə çatmasını ölçürmüş.

Digər üç sürücü isə daha böyük problemlərlə üzləşiblər – Pastor Maldonado KERS-in problemləri üzündən demək olar ki, heç işləməyib, Lyuis Həmiltonun maşınında hidravlik sistemdə axıntı olub, Jerom D’Ambrozionun maşınında isə elektronika imtina eləyib, hər üç halda maşınlar trasda dayandığı üçün marşallar qırmızı bayraqları çıxarmalı olublar.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01S.FettelRed BullRenault1:21.865112
02S.BuemiToro RossoFerrari1:22.396+ 0:00.531120
03V.PetrovLotus Renault GPRenault1:22.670+ 0:00.805116
04L.HəmiltonMcLarenMercedes1:22.888+ 0:01.02357
05F.MassaFerrariFerrari1:23.324+ 0:01.459101
06P.di RestaForce İndiaMercedes1:24.334+ 0:02.469118
07K.KobayaşiSauberFerrari1:24.436+ 0:02.571107
08N.RosberqMercedes GPMercedes1:25.807+ 0:03.942100
09Y.TrulliTeam LotusRenault1:26.090+ 0:04.22598
10P.MaldonadoWilliamsCosworth1:26.989+ 0:05.12429
11J.D’AmbrozioMarussia VirginCosworth1:28.982+ 0:07.11764
8 mart

bar-08.03-ueb1

Hərdən qısamüddətli yağışlar. Buludlu. Havanın temperaturu +11°-16° C, trasın temperaturu +12°-20° C

Mark Uebber mövsümöncəsi testlərin sonuncu seriyasının birinci günü RB7-nin sükanı arxasında ən yaxşı nəticə göstərərək çempion komandanın əla formada olmasını sübut edib.

Düzdür, son dəqiqələrdə çempionatın debütantı Serxio Peres Markın nəticəsini 1.5 saniyə yaxşılaşdırıb, amma məlum olub ki, gənc sürücü döngələrdən birini kəsib – Sauber sürücüsünün bu nəticəsi ləğv olunub, amma o dördüncü yerdə qəlıb. Peres bu nəticəsini boş baklarla bir sürətli dövrədə göstərib, Mark isə ən yaxşı nəticəsini göstərdiyi seriyada 7 dövrə vurub.

Səkkiz komandanın iştirak etdiyi testlər yağışlı və soyuq havada keçib, gün ərzində bir neçə dəfə qısamüddətli kiçik yağış yağıb. Trasda üç ehtiyat sürücü ilə birlikdə on bir sürücü çalışıb.

bar-08.03-bat2
Censon Batton ikinci olub. McLaren səhər tezdən hamını təəccübləndirib – maşının düz burnunda ön antiqanada dörd trosla bərkidilmiş yarımkürə peyda olub, axşam məlum olub ki, bu sferanın altında məlumat toplamaq üçün cihaz yerləşdirilibmiş. Censon da öz nəticəsini boş baklarla bir sürətli dövrədə göstərib – yarışın simuyasiyası zamanı onun sürəti kəskin dərəcədə fərqli olub. Xəstələnmiş Nik Haydfeldi nahardan sonra Vitaliy Petrov əvəz edib və protokollarda üçünü yeri tutub. Haydfeld isə Peersdən sonra beşinci yerə düşüb.

Sessiya bir neçə dəfə qırmızı bayraqlarla dayandırılıb: səhər tezdən Sebastyen Bueminin STR6-sı texniki problemlər üzündən trasda dayanıb. Fasiləyə 15 dəqiqə qalmış Valsekki çınqıllığa səyahət edib. Sessiyanın sonunda isə Team Lotus-un digər ehtiyat sürücüsü Luis Razia maşını trasda saxlayıb…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01M.UebberRed BullRenault1:22.54497
02C.BattonMcLarenMercedes1:22.910+ 0:00.36674
03V.PetrovLotus Renault GPRenault1:22.937+ 0:00.39327
04S.PeresSauberFerrari1:24.117+ 0:01.57390
05N.HaydfeldLotus Renault GPRenault1:24.735+ 0:02.19120
06P.di RestaForce İndiaMercedes1:25.039+ 0:02.49538
07D.ValsekkiTeam LotusRenault1:25.406+ 0:02.86250
08S.BuemiToro RossoFerrari1:26.004+ 0:03.46048
09N.HülkenberqForce İndiaMercedes1:26.030+ 0:03.48631
11L.RaziaTeam LotusRenault1:26.723+ 0:04.17929
10J.D’AmbrozioMarussia VirginCosworth1:32.060+ 0:09.51657

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 297
Teqlər
Paylaş

logo