B.Ekklstoun Silverstounu almağa hazırdır

Formula1-in keçmiş kommersiya sahibi Berni Ekklstoun Böyük Britaniya Qran Prisinin gələcəyi barədə çox narahatdır.

F-1.az xatırladır ki, Silverstoun trasının sahibləri illik ödəmənin həcmindən harazı olduqları üçün cari müqaviləni uzatmaqdan imtina etmişdilər – müqavilənin müddəti 2019-cu ildə başa çatdığı üçün biz gələn il əfsanəvi trasda sonuncu yarışı izləyə bilərik. Berni Ekklstoun bu vəziyyətdə hər cür köməyə hazırdır, hətta avtodromu almaq da istəyir, amma Silverstoun satılmır…

Berni Ekklstoun: “Trasın sahibləri zərəri kompensə etmək barədə düşünürlər, amma, əslində, onlar zərər və ya gəliri düzgün bölməyi, paylaşmağı öyrənməlidirlər. Onda işlər də qaydasına düşəcək.

Bu günlərdə mən onlardan soruşdum ki, onlar avtodromu satmaq barədə düşünürlərmi – mən onu ala bilərdim, amma onlar trası satmırlar, satmaq maraqları da yoxdur. Deməli, onlar atdıqları addımda çox inamlıdırlar, istənilən halda milli yarışı, özü də Silverstounda saxlamaq lazımdır…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*