10 Dekabr 2018, Bazar ertəsi - 21:33

Avstraliya-2016: Günün sürücüsü – Roman Qrojan

Avstraliya-2016: Günün sürücüsü – Roman Qrojan

Müəllif: Elçin Zodorov, redaktor

22:36 - 21 Mart, 2016

Formula1-in debütantı Haas-a ilk yarışdaca xal qazandıran fransız sürücü Roman Qrojan yeni təsis olunmuş mükafatı alan ilk sürücü olub.

F-1.az xatırladır ki, bir ay əvvəl FOM tərəfindən “Günün sürücüsü”  mükafatı təsis edilmiş, FİA da bunu qəbul etmişdi. Mövsümün ilk yarışı olan Avstraliya Qran Prisində 19-cu yerdən start almasına baxmayaraq, finişdə 6-cı olan və komandasına vacib 8 xal qazandıran Roman Qrojan “Günün sürücüsü” seçilib.

Xəbər verdiyimiz kimi, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında keçirilir.

Roman Qrojan: “Mənə səs verən və mesajları ilə dəstək olan hər kəsə təşəkkür edirəm! Bəhreyn yarışı üçün çox səbrsizlənirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 487
Teqlər , ,
Paylaş

logo