25 Avqust 2019, Bazar - 13:11

Rusiya-2016: Günün sürücüsü – Kevin Maqnussen

Rusiya-2016: Günün sürücüsü – Kevin Maqnussen

Müəllif: Rauf Hacıyev, redaktor

18:25 - 02 May, 2016

Renault komandasının sürücüsü Kevin Maqnussen Rusiya QP-də günün sürücüsü seçilib.

F-1.az xatırladır ki, Maqnussen yarışa 17-ci pillədən başlayıb və düzgün strategiya seçərək, yeddinci pilləyə qədər yüksəlib. Danimarkalı sürücü yarış ərzində Roman Qrojanın və Serxio Peresin hücumlarına tab gətirib.

Danimarkalı sürücü yarışı 7-ci yerdə bitirib və bu il həm özünün ilk xallarını qazanıb, həm də Formula1-ə qayıtdıqdn sonra Renault komandasına ilk xallarını qazandırıb.

Qeyd edək ki, AvstraliyaBəhreyn yarışlarında Roman Qrojan, Çində isə Daniil Kvyat günün sürücüsü seçilmişdi.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 647
Teqlər , , ,
Paylaş

logo