Avropa mətbuatı FİA-nın araşdırması barədə

FİA-nın Renault komandasına qarşı başladığı araşdırma keçən ilin Sinqapur Qran Prisi zamanı baş vermiş bir epizodun çərçivəsi xaricinə çıxır: Avropa […]

FİA-nın Renault komandasına qarşı başladığı araşdırma keçən ilin Sinqapur Qran Prisi zamanı baş vermiş bir epizodun çərçivəsi xaricinə çıxır: Avropa mətbuatının əmin etdiyi kimi federasiya yalnız Nelsinyo Pikenin qəzasının qəsdən planlaşdırılması ilə deyil, həm də daha dərin problemlərlə məşğul olacaq, məsələn, Britanıyanın The Independent qəzetində FİA-nın naməlum mənbəyinə istinadən maraqlı məqalə dərc olunub…

Beçika uik-endi zamanı federasiyanın rəsmiləri Renault rəhbərliyini bir neçə dəfə söhbətə çağırıblar, hətta mühədnis departamentinin başçısı Pət Simonds və Fernando Alonso söhbətə dəvət olunublar.

The Daily Express qəzetindəki məqaləyə görə, Renault rəhbərliyi Nelsinyo Pikenin irəli sürdüyü ittihamları rədd edir – FİA-nın araşdırmasının əsasını məhz bu ittihamlar təşkil edir. Qəzetin yazdığına görə, “komandanın digər mühəndisləri də dindirilib, telemetriya və radidanışıqların yazıları isə yoxlanmaq üçün müsadirə olunub.”

Federasiya həmçinin Renault-nun iki keçmiş əməkdaşına da müraciət edib – Deni Şevriye, Sinqapur yarışında komandanın baş motor ustası və Frank Montanyi, komandanın keçmiş test sürücüsü.

Şevriye RMC radiosuna müsahibəsində deyib ki, “mənim vəzifə öhədliklərimə görə, komandanın yarışa taktikasından xəbərsiz idim. Amma sizi əmin edirəm ki, əgər ittihamlar təsdiq olunarsa, bu Renault-nun siyasətinə və onun idmana münasibətinə köklü surətdə əks olacaq.”

Frank Montanyi isə ittihamlara inanmadığını bildirib: “Hətta yarış zamanı səndən kimisə irəli buraxmağı xahiş edəndə, bu narazılığa səbəb olur. Amma sürücünü qəza tərətməyə məcbur etmək hər cür çərçivədən kənara çıxır.”

Montanyi şayiələri “elmi fantastika” adlandırıb və Briatorenin sürücüyə qəza törətmək əmrinə şübhə edib: “Belə bir əmr heç kim verə bilməz: Formula1-də mən heç vaxt belə bir şey eşitməmişəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*