Bridgestone Silverstounda: Hard və Soft

Britaniya mərhələsi üçün Bridgestone şirkətinin yarış bölməsi Hard və Soft tərkibli təkər cütlüyünü hazırlayıb. Silverstounda asfalt çox coddur, maşınlar isə […]

Britaniya mərhələsi üçün Bridgestone şirkətinin yarış bölməsi Hard və Soft tərkibli təkər cütlüyünü hazırlayıb. Silverstounda asfalt çox coddur, maşınlar isə yüksək sürət yığırlar, ona görə də təkərlərə böyük yüklənmə düşəcək…

Hirohide Hamaşima: “Biz gözləyirik ki, trasın yavaş hissəsində start-finiş düzlüyündən əvvəl təkər dənlə örtüləcək, xüsusən uik-nedin əvvəlində bu tez baş verəcək. Ümumiyyətlə, bu sürətli trasdır, burada düngələrin keçilməsində stabillik vacibdir, bunun üçün təkərlər yaxşı qızdırılmalıdır və onların yeyilməyə qarşı müqaviməti yüksək olmalıdır. Trasın hər üç sektorunda, həm yavaş, həm də sürətli sahələrində çox şey şassinin düzgün sazlanmasından asılı olacaq.

Keçən il yarış yağış altında keçmişdi, Silverstounda hava, ümumiyyətlə, dəyişkəndir, ona görə də hadisələr başqa cür fırlana bilər. Asfalt olduqca coddur və tez quruyur. Bu mövsüm biz hələ keçid yağış təkərlərindən istifadə etməmişik, bu təkər yumşaq tərkiblərdən hazırlanıb və biz əminik ki, belə təkərlər bu trasda özünü yaxşı göstərəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*