Audi-nin bəyanatı: Beat Zender gedir…

Ötən il Formula 1 veteranı Beat Zender Sauber-in idman direktoru vəzifəsindən ayrılacağını açıqlamışdı, bu gün isə onun ilin sonunda Audi komandasını tərk edəcəyi elan olunub.

Audi komandası 2027-ci il mövsümü ərəfəsində ştatın restrukturizasiyası ilə əlaqədar dekabrın sonunda komandadan ayrılacaq Beat Zenderə səmimi təşəkkürünü bildirib. Uzun illər ərzində Beat Hinvildən yolu keçən yüzlərlə komanda üzvü və sürücü üçün mentor olub.

Beat 1988-ci ildə Sauber Motorsport-a qoşulub, o, sportkar proqramında iştirak edib, onunla birlikdə komanda 1989 və 1990-cı illərdə Le Manın 24 saatı yarışında və Sportkarlar üzrə Dünya Çempionatında qələbə qazanıb, 1993-cü ildə isə komanda ilə birlikdə Formula 1-ə keçib.

1994-cü ildən Beat komanda meneceri vəzifəsini tutub, 2018-ci ildə rəhbərlik heyətinə daxil olub, son dövrlərdə isə komandanın tarixi şöbəsinə rəhbərlik edib.

İşlədiyi müddətdə o, idmanımız üçün xarakterik olan həm yüksəlişlər, həm də enişlər yaşayıb, amma buna baxmayaraq heç vaxt peşəkarlığını, tükənməz rəqabət ruhunu və qələbəyə can atmasını itirməyib.

Onun hesabında Sportkarlar üzrə Dünya Çempionatı çərçivəsində 36 yarış və Formula 1-də 601 yarış var. Komandanın bəyanatında deyilib: “Biz ona 39 illik görkəmli fəaliyyətinə görə təşəkkür edir və gələcəkdə ona ən xoş arzularımızı bildiririk”.

,