19 Oktyabr 2019, Şənbə - 13:41

Aprilia-nın 2016-cı il motosikleti son testlərə hazır olacaq

Aprilia-nın 2016-cı il motosikleti son testlərə hazır olacaq

Müəllif: Rauf Hacıyev, redaktor

08:37 - 28 Yanvar, 2016

Aprilia-nın yeni motosikleti mart ayında keçiriləcək üçüncü və sonuncu qış testlərinə qədər trasa çıxmayacaq.

F-1.az xatırladır ki, Aprilia keçən il Gresini komandası ilə yenidən MotoGP-yə qayıdıb və təkmilləşdirilmiş ART motosikleti ilə mübarizə aparıb. Aprilla komandası 2016-cı il üçün yeni motosiklet hazırlayır.

MotoGP-də qış testləri gələn həftə Malayziyanın Sepanq trasında başlayacaq. Ancaq Aprilia komandasının sürücüləri Alvaro Bautista və Ştefan Bradl bu testlərdə yeni motosikleti sürə bilməyəcəklər.

Aprilia yeni motosikletini sonuncu qış testlərində trasa çıxaracaq. Bundan əvvəl isə fevralın əvvəllərində komandanın test sürücüsü Mike de Meclio Araqon trasında yeni motosikleti ilə qeyri-rəsmi test edəcək.

Aprilia komandası yeni motosikletini martın ilk günlərində Loseyldə keçiriləcək qış testlərində rəqiblərinin qarşısına çıxaracaq.


Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 519
Teqlər , , , ,
Paylaş

logo