Ş.Bradl: Honda-ya vaxt lazımdır

Honda komandasının test sürücüsü Ştefan Bradl bildirib ki, motosiklet düzələ bilər, amma bunun çox vaxt lazımdır.

F-1.az xatırladır ki, Honda-nın 3 sürücüsü – Mark Markes, Aleks Rins və Xoan Mir – zədələndiyi üçün son 3 yarış yaponlar üçün çətin keçib. almaniyalı sürücü bu yarışlarda onları əvəz edib.

Rins Mucelloda qəza edib, ayağını qırdığı üçün iki dəfə əməliyyat olunub. Mir isə İtaliya Qran Prisində əlini qırıb və ondan sonra yarışa bilmir.

Markes isə Almaniyada beş dəfə yıxılıb və sonuncu qəzada baş barmağını və qabırğasını qırıb. Buna görə də həm Almaniya, həm də Niderlanddakı əsas yarışlardan çəkilməli olub.

Niderland yarışında Aleks Rinsi əvəz edən Ştefan Bradl bütün çətinliklərə baxmayaraq, pozitiv düşünür: “Məncə, düzəltmək olar. Honda bunu edəcək gücə və potensiala sahibdir. Amma buna vaxt lazımdır. Performansımız 1, 2 ya da 3 ayda zəifləmədi. Bu, bir neçə il çəkdi. İndi də köhnə halımıza qayıtmaq üçün o qədər vaxta ehtiyacımız var.

Çox vaxta ehtiyacımız var və bu müddət ərzində sakit qalmalıyıq, çünki bəzən elə gəlir ki, lazımi qədər vaxtımız yoxdur. Məncə, yapon ənənəsi bir həftə ərzində bu halı dəyişə bilməz. Buna vaxt lazımdır”.

Bradl həmkarı Mark Markesin qəzaları barədə də fikir bildirib: “Ona hörmətim artdı. Hələ də tam potensialı ilə yarışır. Motosikletin bu səviyyədə olmadığını bilsə də, bəxtini sınayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*