Alman mətbutaı M.Şumaherin səhhəti barədə

Alman mətbuatı Mixael Şumaherin fiziki formasının müzakirəsini davam edir, axı rəsmən yeddiqat dünya çempionu Formula1-ə qayıtmasını hələ təsdiq etməyib, çünki […]

Alman mətbuatı Mixael Şumaherin fiziki formasının müzakirəsini davam edir, axı rəsmən yeddiqat dünya çempionu Formula1-ə qayıtmasını hələ təsdiq etməyib, çünki idman təbabəti mütəxəssisləri hələ öz rəylərini bildirməyiblər. Şumaherin meneceri Villi Veber və mətbuat katibi Sabina Kem əvvəlki kimi 40 yaşlı sürücünün səhhətindən narahatdırlar…

Məlum olub ki, Veber əfsanəvi sürücünün trasa qayıtması münsibətilə buraxılan atributikanın istehsalını dayandırıb. Villi Almaniyanın Auto Bild Motorsport nəşrinə bildirib ki. “Biz yüz faiz əmin olmasaq, heç nə buraxmayacayıq.”

Mixael özü hələ yaxın ətrafının şərhlərinə cavab verməyib. Motorsport Total qeyd edir ki, Şumaherin qışda motosikletdən yıxılmaqla aldığı zədənin ciddiliyi ictimaiyyətə açıqlanmamışdı və istisna deyil ki, həkimlər boyun fəqərələrinin birində çat olduğunu üzə çıxarıblar. Sabina Kem Frankfurter Allgemeine qəzetinə müsahibəsində bildirib ki, “Bu dəhşətli qəza idi, amma azarkeşlərə hansısa təfərrüatları bildirməyə ehtiyac yoxdur.” Qəzet hesab edir ki, tibbi mütəxəssislər artıq qərar qəbul ediblər, sadəcə onu açıqlamağa tələsmirlər. Hərçənd, Bad Nauhayma şəhərinin idman klinikasının direktoru Yohannes Payl bununla razılaşmır: “Biz öz rəyimizi söyləyə bilərik, amma bunun üşün bütün testlərin cavabını almalıyıq. Amma son söz onsuz da Şumaherin olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*