Aabar-ın nümayəndəsi Red Bull-la danışıqları təsdiqləyib

Bir neçə gün əvvəl şayiələr peyda olmuşdu ki, Abu Dabi hökumətinə məxsus olan Aabar sərmayə fondu Scuderia Toro Rosso komandasının […]

Bir neçə gün əvvəl şayiələr peyda olmuşdu ki, Abu Dabi hökumətinə məxsus olan Aabar sərmayə fondu Scuderia Toro Rosso komandasının səhmlərinin bir hissəsini əldə edib – fond alver zamanı İsveçrənin özünə məxsus olan Falcon bankından istifadə etmişdi.

Bu gün Aabar təsdiq edib ki, Red Bull şirkəti ilə danışıqlar aparıb və söhbət Toro Rosso-dan getməsə də, gələcək əməkdaşlığın təfərrüatları açılanmayıb.

Aabar-kommersiya direktoru Muhamməd əl-Huseyn jurnalistlərə bildirib: “Red Bull xüsusi imici olan böyük şirkətdir, bəzi sahələrdə biz effektiv əməkdaşlıq edə bilərik.”

Qeyri-rəsmi məlumata görə, təfərrüatlar noyabr ayında Abu Dabi Qran Prisi ərəfəsində elan olunacaq, amma Aabar eyni zamanda Mercedes GP komandasınında həmsahibi kimi qalacaq – şirkətə komandanın səhmlərinin 40%-i məxsusdur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*