A.Puiq: Markes köhnə günlərinə qayıdır

Honda komandasının rəhbəri Alberto Puiq düşünür ki, Mark Markes köhnə günlərinə qayıdıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümün ilk yarışı Portuqaliyada rəqibi Migel Fernandeslə insident yaşamış və barmağını qırmışdı.

O, zədəyə görə üç yarışı buraxmalı olsa da, Fransada yenidən sükan arxasına qayıtmışdı. Lakin o, gözləntiləri aşa bilib. Sıralanma turunda poul, yarışda isə podium uğrunda mübarizə aparıb.

Alberto Puiq: “Mark əla yarışdı. Yarışın sonlarında podium uğrunda mübarizə aparır. Bilirdi ki, Zarko düz arxasındadır və mübarizə aparmalıdır. Bir çempion həmişə vəziyyətdən ən yaxşı formada faydalanmalıdır. Mark da bunu etdi.

Məncə, Mark hazırda 2020-ci ildə yaşadığı zədədən əvvəlki vəziyyətinə qayıdır. Mükəmməl formada yarışdı və əlindəkinin ən yaxşısını etdi”.

Qeyd edək ki, Mark Markes 2020-ci ilin ilk yarışında qəza etmiş və qolunu qırmışdı. O zədə ispaniyalı əfsanəni 2 il traslardan uzaq tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*