A.Prost: “McLaren daha 2015-ci ildəki qədər zəif olmaz”

Sabiq 4 qat dünya çempionu McLaren-in növbəti mövsüm daha yaxşı təsir bağışlayacağını düşünür.

F-1.az xəbər verir ki, son günlərin ən aktual mövzuları Renault komandası ilə bağlı mövzulardır.

Renault-nun yeni bolidinin təqdimetmə mərasimində Speed Week-ə müsahibə verən Alen Prost deyib: “Mənim Renault-da olmağımın məqsədi uğur qazanmaq üçün təzyiq göstərməkdir. Bunun üçün komandanın vaxta ehtiyacı var. Səbrli olmalıyıq. Bu, ən azı 2-3 il vaxt aparacaq. Maraqlıdır, mətbuat səbr edə biləcək? Gələcəkdə reqlamentdə dəyişikliklərin edilməsi Renault-nun xeyrinə ola bilər”.

Prost AS qəzetinin McLaren-lə bağlı sualını da cavablayıb: “Bu gün McLaren-in yox, Renault-nun günüdür. Əgər McLaren barədə danışmalıyamsa, deyə bilərəm ki, keçənilki qədər zəif təsir bağışlamayacaqlarını düşünürəm. Onlar inkişaf üçün əllərindən gələni edəcəklər. Hər şeyin daha yaxşısını edə bilərlər”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*