2010-cu il: Komandaların heyətləri

Sentyabrın son günü Ferrari komandası Fernando Alonsonun müqaviləsini təsdiq edib və çempionatda keçidlər mövsümü start alıb. Müxtəlif şəyiələr mövsümün sonuna […]

Sentyabrın son günü Ferrari komandası Fernando Alonsonun müqaviləsini təsdiq edib və çempionatda keçidlər mövsümü start alıb. Müxtəlif şəyiələr mövsümün sonuna qədər təsdiq olunacaqlar, bəzi bəyanatlar yalnız qışda elan olunacaq, bəlkə də yeni maşınların təqdimatını gözləməli olacayıq, ona görə bu səhifə imzalanmış müqavilələrə əsasən dəyişəcək…

Brawn GP Formula One Team
Bu il ağlasığmaz uğur qazanmış komandanı dəyişikliklər gözləyir. İdman nöqteyi nəzərindən Batton-Barrikello cütlüyü bir-birini əla tamamlayır. Censonun problemləri başlayanda Rubens öz potensialını realizə edə bildi – yekunda komanda Mühəndislər Kubokunu artıq bu bazar əldə edə bilər. Mercedes-lə sövdələşmə aşkardır, ona görə də kadr yerdəyişmələrilə yeni həmsahib məşğul olacaq və şayiələrə görə, Mercedes Niko Rosberqi dəstəkləməyə hazırdır. Rubens üçün isə belə halda vakansiyalar kifayət qədərdir – bir çox komandalar təcrübəli sürücünü almaq istəyir, amma şayiələrə görə, braziliyalı sürücü gələn il Frənk Uilyamsın komandasına keçəcək.

Namizədlər: Censon Batton, Rubens Barrikello, Niko Rosberq.

Red Bull Racing
Müqavilələr təsdiq olunub:
Sebastyan Fettel və Mark Uebber.

Scuderia Ferrari Marlboro
Müqavilələr təsdiq olunub:
Felipe Massa və fernando Alonso.

Vodafone McLaren Mercedes
Rəykkönenin McLaren-ə qayıtmasını bir çoxları optimal sayır, Kimi və Lyuis bir komandada – çox maraqlı olardı, amma danışıqlar davam edir və çox güman ki, Kimi mövsümün sounda bəyanat verəcək…

Müqavilə təsdiq olunub: Lyuis Həmilton.
Namizədlər: Heykki Kovalaynen, Kimi Rəykkönen.

Panasonic Toyota Racing
Komanda gələn il ciddi inkişafa ümid edir və bu ambisiyaları realizə edə biləcək sürücü dəvət etməyə hazırdır. Komanda hazırkı sürücülərlə müqavilələri uzatmayıb, əvəzində Kimi Rəykkönenə və Robert Kubitsaya müqavilə təklif edib. Finlandiyalı sürücünü McLaren-də, polşalı sürücünü isə Renault-da gözləyirlər, sürücülərin seçim imkanı var.

Namizədlər: Timo Qlok, Kazuki Nakacima, Kimi Rəykkönen, Robert Kubitsa.

AT&T Williams
Çox güman ki, komanda heyətini tam dəyişəcək. Kazuki Nakacima bu il yaxşı çıxış etmir, onun çıxışı Toyota motorları ilə bağlı idi, Niko Rosberq isə daha bir pillə qalxmaq istəyir.

Namizədlər: Rubens Barrikello, Niko Hülkenberq.

Renault F1 Team
Komanda Kubitsa-Qrojan cütlüyünə böyük ümidlər bəsləyir.

Namizədlər: Roman Qrojan, Robert Kubitsa, Yarno Trulli.

Force İndia
Çox güman ki, komanda cari heyətini saxlayacaq, hərçənd, Sutil güclü komandalardan dəvət gözləyir…

Namizədlər: Adrian Sutil, Vitantonio liutsi.

Scuderia Toro Rosso
Komanda bu il Red Bull-un gənc sürücülərin hazırlıq proqramının son mərhələsini icra edir. Heyət barədə son qərarı Diter Mateşiç qəbul edəcək, Sebastyen Buemi komandada qalacaq, amma Xayme Algersuari öz yerini başqa perspektiv sürücüyə verə bilər…

Namizədlər: Sebastyen Buemi, xayme Algersuari.

Yeni komandaların heyətini yalnız şayiələrlə müəyyən etmək oalr…

Campos Meta
Namizədlər:
Pedro de la Rosa, Bruno Senna, Vitaliy Petrov.

US F1
Namizədlər:
Frank Montanyi, Aleks Vürs, Conatan Sammerton, Qrəhəm Reyxol, Rayen Hanter-Rey.

Virgin F1 (Manor)
Namizədlər:
Adam Kərroll, Maks Çilton.

Lotus
Namizədlər:
Fayruz Fauzi.

Sauber
Namizədlər:
Kristian Klin, Nik Haydfeld, Heykki Kovalaynen.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*