Onun sözlərinə görə, oğlunu da ralli avtomobilinin sükanı arxasında özünü sınamağa razı salmağa çalışıb, lakin Maks hələlik bu israrlara boyun əyməyib.
Yos Ferstappen: “Rallinin çətinliyi ondadır ki, ümumiyyətlə, səhvə yol verə bilməzsən. İstənilən səhvin bədəli çox ağır olur və sən şturmanla qarşılıqlı işləməlisən. Düşünürəm ki, ralli Maks üçün əla uyğun gələ bilər, amma o, bu idman növünə, ümumiyyətlə, maraq göstərmir. Baxmayaraq ki, məncə, bir dəfə sınasa, bundan çox zövq alar.
Ona görə də qışda nə vaxtsa onunla birlikdə Fransada hansısa çınqıllı trasda bir gün keçirməyə çalışacağam, orada biz başqa insanlarla birlikdə ralli avtomobili sürə bilərik. Heç şübhə etmirəm ki, onun xoşuna mütləq gələcək”.
Lakin Maks vaxtilə ralli barədə belə danışıb: “Düşünürəm ki, bu, maraqlıdır və çox əyləncəlidir, amma sadəcə həddən artıq təhlükəlidir. Yüksək sürətdə cəmi bir səhvə yol versən, ağaca çırpılarsan. Mən sadəcə hesab etmirəm ki, bu qədər risk etməyə dəyər”.





