17 Dekabr 2018, Bazar ertəsi - 09:05

Yos Ferstappen: “Maks Danielə əsəbləşmişdi”

Yos Ferstappen: “Maks Danielə əsəbləşmişdi”

Müəllif: Rauf Hacıyev, redaktor

18:01 - 31 Oktyabr, 2018

Maks Ferstappenin atası Yos Ferstappen bildirib ki, Rikkardonun Meksikada poul sevinci Ferstappeni möhkəm əsəbləşdirib.

F-1.az bildirir ki, 21 yaşlı sürücü poul qazana bilsəydi, Formula1 tarixinin ən gənc poul qazanan sürücüsü olacaqdı. Lakin komanda yoldaşı Rikkardo son anda buna mane olub. Buna baxmayaraq, hollandiyalı sürücü yarışda daha yaxşı start alaraq finiş xəttini birinci yerdə keçə bilib.

Yos Ferstappen: “Mən də xoşbəxt deyildim və yatmamışdan əvvəl onunla danışdım. Onu bir az sakitləşdirmək istədim. Bolidində problem olduğu üçün əsəbi idi. Rikkardo poul qazandıqdan sonra elə sevinirdi ki, elə bil çempion olmuşdu. Maks da buna əsəbləşmişdi. Yarışı qazanamaq istəyirdi. Qızım məndən Maksın vəziyyətini soruşdu. Dəlilik edəcəyindən qorxurdu. Amma Maks əsəbi olanda qəddar olur. Lakin ikinci yerdən start almaq daha yaxşı oldu. Çünki Həmilton startda iki Red Bull-un arasına girdi. Əgər Maks pouldan başlasaydı, xarici trayektoriyada qalacaqdı. Hər şey yağ kimi getdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 264
Teqlər , ,
Paylaş

logo