19 Noyabr 2019, Çərşənbə axşamı - 21:50

Yeni mövsümdə iki pit-stoplu strategiya olacaq?

Yeni mövsümdə iki pit-stoplu strategiya olacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

09:07 - 16 Fevral, 2018

McLaren komandasının texniki direktoru Tim Qoss bildirib ki, 2018-ci ildə iki pit-stoplu yarışlar gözləyir.

F-1.az xatırladır ki, Pirelli keçən il yeni texniki reqlamentin müəmmalarına görə daha sərt təkərlər hazırlasa da, bu il tərkibləri nisbətən yumşaq hazırlayıb.

Tim Qoss: “Pirelli mövsümün ilk yarışları üçün hansı təkərləri gətirəcəyini açıqlayıb və belə düşünürəm ki, iki pit-stoplu yarışlar görəcəyik. Bundan başqa asfaltla ilişmə artdığı üçün dövrəvi nəticələr 0.5-1.0 saniyə yaxşılaşacaq.

Əbu Dabidəki testlər çox faydalı oldu və təkərlər barədə çox şey öyrəndik. Təbii ki, orada tras şəraiti digərlərindən fərqlidir. Buna görə də qış testlərindən də çoxlu məlumat əldə edə biləcəyik. Tərkiblər arasında fərq var. Buna görə də strategiya quranda hər şeyə nəzər yetirməliyik. Sözün açığı, çox həyəcanlıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 296
Teqlər , ,
Paylaş

logo