L.Norris: Dedi-qodulara son vermək üçün çoxillik müqavilə bağladım

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, o başqa komandalarla danışıqlar aparıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü keçən mövsüm başlamamış McLaren ilə müqaviləsini 2025-ci ilin sonuna qədər uzatmışdı.

Lando Norris: “Red Bull ilə danışıqlar aparmışdım və bu labüddür. Hər sürücü komandalarla danışıqlar aparar, amma həmişə yox. Buna görə də McLaren-lə çoxilllik müqavilə bağladım. Dedi-qodulara fikir vermirəm.

Lakin müqavilənizin sonuna doğru digər alternativlərə baxıb, ən yaxşısını seçmək istərsiniz. Yəni ki, təkcə Red Bull-la yox, başqa komandalarla da danışıqlar apardım. Müqavilənin sonuna doğru hamı bunu edir. Bu reallıqdır. Lakin mən bunları düşünməmək üçün çoxillik müqavilə bağladım”.

,