Y.Tsunoda gələn ay testlərə çıxacaq

Red Bull-un gənc sürücü proqramınım üzvü Yuki Tsunoda gələn ay İmolada AlphaTauri-nin 2018-ci il bolidi ilə testlər edəcək.

F-1.az xatırladır ki, 20 yaşlı sürücü Formula2 çempionatının son iki yarışına üçüncü yerdə girir. Yaponiyalı pilotun Əbu Dabidəki gənc sürücü tesrlərində də iştirak etməsi gözlənilir.
Tsunoda hazırda AlphaTauri-də yarışmağa namizəddir. İtaliya komandası sosial şəbəkə üzərindən verdiyi xəbərdə bildirib ki, gənc sürücü İmola yarışından sonra noyabrın 4-də testlər edəcək. Buna görə də Yuki Faentsadakı bazaya gedərək oturacaq sazlanması edib. O, STR13 şassisi ilə trasa çıxacaq və Formula1 üçün lazımi super lisenziyanı alacaq.

Qeyd edək ki, Formula1-də yarışmaq üçün Tsunoda Formula2 çempionatını beşlikdə bitirməli və Formula1 bolidi ilə 300 km məsafə qət etməlidir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*